Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Azərbaycana gəlib

Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Azərbaycana gəlib

Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazir Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + eight =