Fələstinli əsirin vəziyyəti pisləşdi

Fələstinli əsirin vəziyyəti pisləşdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail həbsxanasında məhkəməsiz  həbs olunmasına etiraz olaraq 63 gündür aclıq aksiyası keçirən Cənubi Hebrondan olan 28 yaşlı fələstinli əsir Əl-Qəzənfər Əbu Ətəvanın vəziyyətinin ağır olduğunu bildirmişlər.

Tibbi hesabatlar Əl-Qəzənfərin iflic, xroniki və sağalmaz xəstəlik problemləri və qəfil ölüm riski daxil olmaqla üç təhlükəli risklə üzləşdiyini göstərir.

“Rai Al-Youm” qəzetinin yazdığına görə, Əbu Ətəvan ötən oktyabr ayında sionist silahlılar tərəfindən həbs olunmuş və onun haqqında inzibati həbs qərarı verilmişdir.

İnzibati həbs məhkəməsiz bir həbsdir və qəbul edilən hər cəzanın müddəti altı aydır.

Bu, adı çəkilən fələstinli əsirin ikinci aclıq aksiyasıdır. O, bundan öncə 2019-cu ildə də aclıq aksiyası keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − eight =