Səudiyyə şahzadəsindən fələstinli qulluqçular şikayətçidir

Səudiyyə şahzadəsindən fələstinli qulluqçular şikayətçidir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, yeddi filippinli qadın işçi müasir köləliyə məruz qalmaları səbəbi ilə Səudiyyə şahzadəsinə qarşı iddia qaldırmışlar.

Fransanın Nanterre şəhərinin baş prokuroru, 2018-ci ilin oktyabr ayında 1970-1983-cü il təvəllüdlü yeddi filippinli qadın işçinin Səudiyyə kral ailəsinin bir üzvünü pis rəftar və işgəncə verməkdə ittiham edərək ona qarşı şikayət etdiklərini açıqlamışdır.

Dövlət ittihamçısı həmçinin əlavə edib: “Bu hadisələr 2008-2015-ci illərdə Fransadakı lüks bir mənzildə baş vermis və qeyd olunan şahzadə Fransadan qaçmağı bacarmışdır.”

Fransız prokuroru, bu yeddi qadından ifadə almaqda çətinlik çəkdiyini söyləyib.

Bu mənbə qeyd edib ki, bu işçilər şahzadəyə və onun ailəsinə xidmət etmək üçün Səudiyyə Ərəbistanında işə götürülmüşlər. Lakin onlar şahzadələrlə birlikdə başqa ölkələrə də səfər edirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + one =