Oğurluq edən keçmiş məhkum saxlanılıb
Lənkəran rayonunda oğurluq edən keçmiş məhkum saxlanılıb
Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun Xanbulan kəndi ərazisində yerləşən evlərdən birinin həyətində təmir sexi kimi istifadə edilən tikilidən ümumi dəyəri 1300 manat olan 3 ədəd su nasosunun, digər məişət avadanlıqlarının və onların ehtiyyat hisssələrinin oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayonun Boladi kənd sakini, əvvəllər məhkum olunmuş F.İsgəndərov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.