Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb
Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Bu, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidentinin Fərmanında əks olunub.
Fərmana əsasən, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun tabeliyinə verilib.
Fərmanda qeyd olunub ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.
Qeyd edək ki, bundan əvvəlki bölgüdə Kəlbəcər-Laçın iqtisadi rayonu mövcud olub və Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edib.
Report