Avstriyada məktəblilərin olduğu qatar relsdən çıxaraq çaya aşıb

Salzburg federal əyalətində regional sərnişin qatarı relsdən çıxıb. Vaqonlardan biri Mura çayına düşüb, 17 məktəbli yaralanıb.
Bu barədə Qırmızı Xaçın regional xilasetmə əməliyyatının rəhbəri Anton Şilxer məlumat verib.
“Qatarda 54 məktəbli olub, 17 nəfər yüngül xəsarət alıb”, Şilxer açıqlayıb.
Xilasedici bildirib ki, qatardakı bütün sərnişinlər Avstriya vətəndaşlarıdır.
Salamnews