Rusiya XİN rəsmisi Haiti Prezidentinin öldürülməsindən danışdı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Haiti prezidentinə sui-qəsddə şübhəli bilinənlərin amerikalı olduqlarından narahatlığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, Haiti prezidentinin qətlini qınayan bir mətbuat konfransında, Haiti prezidentinə sui-qəsddə şübhəli bilinənlərin ABŞ vətəndaşı olduğu xəbərlərindən Moskvanın ciddi şəkildə narahat olduğunu söyləyib.
Zaxarova, Rusiyanın yalnız cinayətkarları deyil, həm də qətlin sifarişçilərinin müəyyənləşdirilərək həbs olunmasını gözlədiyini söyləyib.
O, həmçinin deyib: “Prezident Putin, geosiyasi hədəflərinə çatmaq üçün Haitidəki daxili qarşıdurmaya xaricilərin cəlb olunmasından çox narahatdır.”
2016-cı ildən bəri Haitiyə rəhbərlik edən Cuanel Moyes, 7 iyul tarixində, paytaxt Port-o-Prinsdən kənarda yerləşən şəxsi iqamətgahında qətlə yetirilmiş, həyat yoldaşı isə ağır yaralanmışdır.