İsrail rejiminin bu il dağıtdığı evlərin sayı məlum oldu

İsrail rejiminin bu il dağıtdığı evlərin sayı məlum oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğal olunmuş Fələstin bölgələrində İsrail rejiminin davam edən məskunlaşdırma siyasətinə dair beynəlxalq tənqidlərdən sonra, Birləşmiş Millətlər Təşkilatı bu ilin ilk altı ayında dağıdılan fələstinli evlərin sayı barədə bir hesabat yayımladı.

Birləşmiş Millətlər Təşkilatının İnsani İşlər Koordinasiya Ofisi (UNOCHA) son hesabatında, İsrail rəsmilərinin bu ilin əvvəlindən (2021) bəri ən azı 421 fələstinli evi dağıtdığını söyləyib.

Sionist rejimin bu cinayəti nəticəsində BMT-yə bağlı bir təşkilatın məlumatına görə, bu il 320-si uşaq olmaqla 592 fələstinli evlərindən didərgin düşüb.

Bundan əlavə sionist işğalçılar, keçən həftə çərşənbə axşamı Şəfat düşərgəsi ilə Qüdsün şimal-şərqindəki Anata qəsəbəsi arasında yerləşən Əl-Salam məhəlləsində inşa edilən bir məktəbi də dağıtmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =