İsrail generalı “Hizbullah”ın gücünü etiraf etdi

İsrail generalı “Hizbullah”ın gücünü etiraf etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki,  İsrail ordusu Baş qərargah rəisinin keçmiş müavini Hila Zamir, bazar günü axşam İsrail ordusunun müxtəlif sahələrdəki təhdidlərlə mübarizə üçün yalnız minimum imkanlara və hazırlıqlara malik olduğuna dair xəbərdarlıq edib.

Zamir vida nitqində deyib: “İsrail ordusu minimal hazırlıq və qabiliyyətə malikdir və müxtəlif bölgələrdən gələn təhdidləri təsirsiz hala gətirmək üçün dəstəyə ehtiyacı vardır.”

“Yedioth Ahronoth” veb saytına görə, o, belə qeyd edib: “Biz daxili problemlərlə yanaşı həm sərhəd səviyyəsində, həm də döyüş meydanında çətin, uzun və çox tərəfli bir müharibə etməyə məcbur ola bilərik. Buna görə də ehtiyat qüvvələrinin qətiyyətdən, əzmindən və təmin edilməsindən əmin olmalıyıq.”

Hila Zamir bir neçə cəbhədə baş verə biləcək münaqişənin ciddiliyini izah edərkən belə deyib: “Qəzzaya son hücum zamanı Hizbullah cəbhəsi sakit idi, baxmayaraq ki, bu cəbhənin (Hizbullah müqaviməti) Həmasdan on qat daha çox atəş gücünə sahib olduğunu yaxşı bilirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − eight =