Rusiya Talibanın hücumuna görə Məzar-Şərifdəki konsulluğunun diplomatlarını təxliyə edib

Rusiya Talibanın hücumuna görə Məzar-Şərifdəki konsulluğunun diplomatlarını təxliyə edib

Rusiya Əfqanıstanın Bəlx əyalətinin inzibati mərkəzi Məzar-Şərifdəki diplomatları və işçilərini təxliyə edib.

Bu barədə prezident Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov yerli KİV-lərə açıqlama verib.

Rusiya rəsmisi bildirib ki, Talibanın hücumları səbəbindən Məzar-Şərifdəki konsulluğun diplomatları və işçiləri təxliyə edilib.

O bildirib ki, təhlükəsizliklə bağlı təminat verildikdən sonra konsulluğun fəaliyyəti bərpa ediləcək.

Z.Kabulovun sözlərinə görə Taliban hərəkatının Qətərdəki ofisinin rəhbəri Molla Əbdülqəni Bəradərlə telefonla danışıqlar aparılıb və qarşı tərəf Məzar-Şərifdə Rusiya konsulluğunun toxunulmaz və təhlükəsiz qalması üçün təlimatların və tapşırıqların verildiyini bildirib.

Bundan öncə İran, Türkiyə və Pakistan da şəhərdəki konsulluğunu bağlayıblar.

Qeyri rəsmi məlumata görə hazırda Əfqanıstanın üçdə iki hissəsi Talibanın nəzarətindədir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 5 =