AP-də Dövlət Dumasına seçkilərin nəticələrini tanımamaq təklif edilib

AP-də Dövlət Dumasına seçkilərin nəticələrini tanımamaq təklif edilib

Avropa Parlamentinin Xarici İşlər Komitəsi, AB-yə 17-19 sentyabr tarixlərində keçirilməsi planlaşdırılan Dövlət Dumasına seçkilərin nəticələrini tanımamağa  hazırlaşmağı təklif edib.

Bu barədə “TASS” komitənin Rusiya ilə bağlı hesabatına istinadən məlumat yayıb.

“Komitə üzvləri belə bir qənaətə gəlib ki, əgər 2021-ci ildə keçiriləcək parlament seçkiləri demokratik prinsiplərə və beynəlxalq normalara zidd olaraq keçirilərsə o zaman Avropa Birliyi Rusiya parlamentini tanımamağa hazır olmalıdır”, sənəddə deyilir.

SalamNews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − six =