Lənkəranda meşədə ağacları kəsən şirkət cəzalandırılacaq

Lənkəranda meşədə ağacları kəsən şirkət cəzalandırılacaq

Lənkəran ərazisində yerləşən Haftoni meşəliyində “Beta” şirkətinə icarəyə verilən meşə fondu sahəsində ağacların qırılması faktı araşdırmalar nəticəsində təsdiqini tapıb və iş tərəfimizdən dərhal dayandırılıb.

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, ərazi təftiş olunub:

“Qanunvericiliyə uyğun olaraq bununla bağlı yaxın günlərdə qərar veriləcək. Müqaviləyə xitam da verilə bilər”.

Xidmət rəisi bildirib ki, meşələrin qırılması prosesi hər zaman olub, lakin ötən illərdə meşə qırılmaları 55 min kubmetr idisə, bu gün 10 min kubmetrə düşüb. 45 min kubmetr kəsintinin qarşısı alınıb.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − two =