Almaniyada daşqınlar nəticəsində mindən çox insan itkin düşüb

Almaniyanın qərbindəki Arvayler bölgəsinin səlahiyyətliləri hesab edir ki, daşqınlar nəticəsində təxminən 1,3 min insan itkin düşüb.
Daha əvvəl azı 58 nəfərin öldüyü, onlarla insanın itkin düşdüyü xəbər verilirdi.
Məlumata görə, sadəcə Bad-Neuenahr-Arvayler bölgəsində bir gündə mindən çox xilasetmə əməliyyatı keçirilib.
“Dağıntılarla əlaqədar mürəkkəb vəziyyətə görə, hazırda son dəyərləndirmə mümkün deyil”, hökumət səlahiyyətliləri bildirib.
Almaniyada bazar ertəsindən etibarən “Bernd” siklonunun səbəb olduğu güclü yağışlar davam edir. Reyn də daxil olmaqla çayların məcrasından aşması güclü daşqınlara səbəb olub.
Salamnews