Beyrut partlayışının ildönümündə Livana dəstək konfransı keçiriləcək
BMT və Fransanın təşəbbüsü ilə gələn ayın dördündə Livana dəstək beynəlxalq konfransı keçiriləcək.
Bu barədə Fransa Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, Livanda yeni hökumətin formalaşdırılması cəhdi baş tutmayandan sonra, Fransa prezidenti Emanuel Makron və BMT bu ölkə ilə bağlı təşəbbüs irəli sürüblər.
Gələn ayın dördünə, yəni Beyrut partlayışının ildönümü gününə planlaşdırılan bu beynəlxalq konfransda Livana dəstək yolları müzakirə ediləcək.
Qeyd edək ki, Livanda 10 aydır hökumət formalaşmayıb. Müvəqqəti baş nazir Səd əl-Həriri ötən gün hökuməti formalaşdıra bilmədiyini bildirib. Beyrut partlayışından sonra ölkədə ciddi siyasi boşluq yaranıb və iqtisadi vəziyyət acınacaqlı vəziyyətə düşüb.
Salamnews