ABŞ-da meymun çiçəyi virusu aşkarlandı

ABŞ-da meymun çiçəyi virusu aşkarlandı

ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzi Nigeriyadan Dallasa gedən amerikalı sərnişində meymun çiçəyi virusunun (monkeypox) aşkarlandığını və həmin şəxsin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Sözügedən şəxs iyulun 9-da ABŞ-a gəlib.

Bildirilib ki, bununla bağlı ümumi bir təhdid gözlənilmir. Qeyd olunub ki, sərnişinlər maska taxdıqlarına görə təyyarədə virusun yayılma ehtimalı azdır.

Virus ilk dəfə 1950-ci illərdə laboratoriya şəraitindəki meymunlarda təsbit edilib. 7-14 gün arasında simptomları formalaşan virusun əlamətləri arasında yorğunluq, baş ağrısı, yüksək temperatur və əzələ ağrıları var. 2003-cü ildə nəzarətə alınan virusun xüsusi bir müalicəsi və vaksini yoxdur.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =