İsrail əsgərləri bu dəfə ibadət edən fələstinliləri hədəfə aldı

İsrail əsgərləri bu dəfə ibadət edən fələstinliləri hədəfə aldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, hər cümə günü olduğu kimi bu həftə də sionist silahlıların fələstinli ibadətçilərə hücumları davam edib və nəticədə onlarla fələstinli yaralanıb.

Vafa Fələstin xəbər agentliyinin məlumatına görə Nablus Qızıl Aypara Təcili Yardım Mərkəzinin rəhbəri Əhməd Cibril bildirib ki, Ən azı yeddi fələstinli, şimal-qərbdə Nablusun cənubundakı Bitanın Cşəbəl Sabih bölgəsində sionist silahlıları tərəfindən vurularaq yaralanmışdır. Onlardan üç nəfəri odlu silahla vurulmuşdur.

O, belə əlavə edib: “Bundan əlavə Nablusun şərqindəki Beyt Dəcəndə sionist əsgərlər tərəfindən atılan plastik güllələr, iki jurnalist də daxil olmaqla bir neçə nəfər yaralamışdır.

Həmçinin İsrailin qanunsuz məskunlaşma siyasətinə etiraz olaraq və 18 ildən bəri bağlı qalan kənd yolunun açılması tələbi ilə fələstinlilərin Kəfər Qadum qəsəbəsindəki həftəlik yürüşünün yatırılması da onlarla insanın yaralanması ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 7 =