Pişiyin ayağının kəsilməsinə görə kababçı cərimələnəcək? – Video

Pişiyin ayağının kəsilməsinə görə kababçı cərimələnəcək? – Video

Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində kafelərin birində pişiyin bir ayağının kəsilməsinə görə ittiham olunan kababçının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə cərimələndiyi haqda məlumatlar yayılıb.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı hazırda araşdırma aparılır:

“İnzibati xətalar qanunvericiliyinə uyğun olaraq, həmin şəxsin pişiklə qəsdən rəhmsiz davranması, tələf etməsi araşdırmalarla sübuta yetirilsə, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə (Heyvanlarla rəhmsiz rəftar edilməsi ) uyğun olaraq, barəsində müvafiq tədbir görüləcək”.

Bildirək ki, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə nəzərdə tutulur.

Qeyd edək ki, məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsində toplanan materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − twelve =