Kərbəlada Ərəfə günü və Qurban bayramına görə təhlükəsizlik gücləndirildi

Kərbəlada Ərəfə günü və Qurban bayramına görə təhlükəsizlik gücləndirildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İmam Hüseyn(ə)-ın Müqəddəs Hərəm kompleksi Ərafə günü və Qurban bayramında zəvvarların təhlükəsizliyini və rahatlığını təmin edəcək yeni planının təfərrüatlarını açıqlayıb.

Mawazin News-un məlumatına görə, Müqəddəs Hərəm kompleksinin baş katibinin müşaviri Fazil Ouz açıqlamasında bunları söyləyib: “Ali şiə mərcəiyyətinin nümayəndəsi və hərəmin qanuni qəyyumu olan Şeyx Əbdül Mehdi Əl-Kərbəlayinin göstərişi ilə Ərəfə günü üçün nəzərdə tutulmuş strateji planlar icra edilməyə başlanmış və bütün səylər bu planın uğurlu olmasına yönəlmişdir.”

O, belə əlavə edib: “Bu milyonluq ziyarətin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün səyləri birləşdirmək məqsədi ilə yerli hökumət, Əməliyyat Komandanlığı, Polis Komandanlığı və Haşdi Şabi Komandanlığının aidiyyəti və təhlükəsizlik rəsmiləri ilə geniş bir görüş keçirildi.”

O, həmçinin qeyd edib: “Müqəddəs Hərəm kompleksi, zəvvarların hərəkətini asanlaşdırmaq üçün intensiv proqramlar qurmuş, zəvvarların giriş və çıxışını asanlaşdırmaq və sağlamlıqlarını qorumaq məqsədilə kişi və qadın zəvvarların girişi üçün bir neçə qapı təyin edilmişdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =