Ənsarullah lideri Həcc ziyarətinin qarşısını kimlərin almaq istədiklərini açıqladı

Ənsarullah lideri Həcc ziyarətinin qarşısını kimlərin almaq istədiklərini açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik əl-Hüsi Qurban Bayramı münasibətilə etdiyi çıxışında Yəmən xalqının bu bayramda çətin vəziyyətdə olduğunu vurğulayıb.

Əl-Məsirə xəbər telekanalının məlumatına görə Əl-Hüsi qeyd edib ki, İslam ümməti bir çox problem və maneə ilə üzləşsə də, qurtuluşun açarı və güc ünsürünə də sahibdir.

Daha sonra o, Həcc məsələsinə toxunaraq deyib: “Riyadın ikinci ildir Həcc ziyarətinin keçirilməsinin qarşısını alması təəssüf vericidir.”

Ənsarullah lideri həmçinin deyib: “Riyadın Həccin qarşısını alması Quranın ayələrinə qarşı çıxmaqdır və Həcc ziyarətində Məscidul-Həramda zəvvarların olmaması narahatedici haldır.”

Əl-Husi belə əlavə edib: “Məscidül-Həramın zəvvarlardan boş qaldığı bir halda Səudiyyə rejimi fəsad və eyş-işrət məclisləri təşkil etməkdədir. Ərəbistanının Həcc ziyarətinin qarşısını alması İslam ümmətinin düşmənlərinə xidmətdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − two =