İsrail rejiminə məxsus casusluq proqramı Səudiyyə Ərəbistanına jurnalistin qətli üçün satılıb
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, The Guardian qəzetinin məlumatına görə Sionist rejimi Səudiyyə kəşfiyyat orqanının rəsmiləri ilə bir neçə görüşdən sonra 2017-ci ildə bu rejimə bağlı olan casus şirkəti NSO-ya Riyada Pegasus adlı mobil telefonlardan casusluq proqramı təminatını satmasına icazə vermişdir.
İfşa edilən məlumatlar Səudiyyə Ərəbistanı da daxil olmaqla NSO müştəriləri tərəfindən təqribən 50.000 telefon nömrəsinin izlənildiyini göstərir.
Siyahıda yer alan nömrələr arasında 2018-ci ildə Səudiyyə vəliəhdinin göstərişi ilə qətlə yetirilən Səudiyyə jurnalisti Camal Qaşıqçıya yaxın iki qadının telefon nömrələri də vardır.
The Guardian-a görə, sionistlər Pegasusun səudiyyələrə satılmasına icazə verdikdən sonra NSO nümayəndələri 2017-ci ilin yayında Vyana, Kipr və Riyadda Səudiyyə rəsmiləri ilə görüş keçirmişlər.
Məlumata görə, sionistlər səudiyyələrə iPhone-lardan casusluq etmək metodlarını və hətta telefonların kameralarının uzaqdan idarə edilməsini təlim vermişlər.