12 restoran sahibi cərimələndi, 3 restoran sahibi…

12 restoran sahibi cərimələndi, 3 restoran sahibi…

Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət monitorinq qrupları şadlıq saraylarında yoxlamalar aparıb.

Monitorinqlər zamanı 44 restoranda Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunub-olunmaması yoxlanılıb. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi, iştirakçıların COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlər yoxlanılıb. İndiyədək aparılan monitorinqlər nəticəsində 12 restoranda karantin qaydalarının pozulduğu məlum olub. Belə ki, restoranlarda obyekt sahibləri tərəfindən “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı və tərəflər arasında bağlanmış iltizamın müştərilər tərəfindən pozulduğu məlum olub. Bir sıra restoranlarda şənlik iştirakçılarının təsdiqedici sənədinin olmadığı müəyyən edilib.

Sumqayıt şəhər Polis İdarəsinin Təşkilati-inspeksiya qrupunun baş inspektoru, polis polkovniki Fazil Aslanov bildirib ki, aşkarlanan pozuntularla bağlı şadlıq sarayı sahiblərinin hər biri 4000 manat cərimələniblər: “Bir sıra restoranlarda karantin qaydalarının pozulmasının qarşısını almaq üçün reydlər keçiririk. 12 restoran barəsində tədbir görülüb. 3 restoran rəhbəri barəsində cinayət işi açılıb”. Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə restoranlar və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

APA TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eight =