Qırğızıstanın keçmiş prezidenti Atambayev kütləvi iğtişaşlar təşkil etməkdə ittiham edilib

Qırğızıstanın keçmiş prezidenti Atambayev kütləvi iğtişaşlar təşkil etməkdə ittiham edilib

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə qarşı 9 oktyabr 2020-ci il tarixində Bişkekdə kütləvi iğtişaşlar təşkil etməklə bağlı ittiham irəli sürülüb.  Bu barədə onun vəkili Zamir Joşeyev məlumat verib.

İstintaqin versiyasına görə, Atambayev “hakimiyyəti ələ keçirmək məqsədi ilə” keçmiş prezidentliyə namizəd və keçmiş baş nazir Omurbek Babanov və digər şəxslər ilə  ilkin razılaşma əldə edib.

İttihamçı tərəf hesab edir ki, keçmiş dövlət başçısının hərəkətləri kütləvi  iğtişaşlara səbəb olub.

Siyasətçinin vəkili iddia edir ki, o, yalnız ölkəni “qanun yoluna” qaytarmaq tələbi ilə mitinq keçirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =