İsmayıl Qaainin Qasim Süleymaninin yolunu getdiyi vurğulandı

İsmayıl Qaainin Qasim Süleymaninin yolunu getdiyi vurğulandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Milli Qurtuluş Hərəkatının baş katibi Talal Naci, İslam İnqilabı Korpusunun Qüds ordusu komandiri Sərdar İsmayıl Qaanini tərif edərək onun General Qasim Süleymani ilə eyni istiqamətdə hərəkət etdiyini vurğulayıb.

Əl-Məyadin telekanalına verdiyi müsahibədə Naci Sərdar Qaaninin şəxsiyyətini tərifləyərək, onu “sevimli əzmkar, təvazökar, qərarlı və özünə inamlı” olaraq xarakterizə etmişdir. Onun bütün fələstinli qrupları dəstəkləməyə çalışdığını deyən Talal bildirib: “Mən ilk dəfə onunla görüşürdüm, o, Həzrət İmam Xameneinin (İslam İnqilabının lideri) rəhbərliyi ilə həmin General Qasim Süleymaninin yolunu davam etdirən bir komandirdir.”

Müsahibənin başqa bir yerində Talal Naci Livan Hizbullahına da təşəkkür edərək, Hizbullahın Fələstinə kömək etdiyi üçün tərifə layiq olduğunu söyləyib. O, qeyd edib ki, Hizbullah düşmən sionistlə nə vaxt mübarizə aparırsa, əslində bütün İslam ümmətinin adından mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + four =