İsrail rejiminin yeni casus proqramı qalmaqala səbəb oldu

İsrail rejiminin yeni casus proqramı qalmaqala səbəb oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, son günlərdə İsrail proqramından istifadə edən içərisində dövlət başçıları, siyasi xadimlər, jurnalistlər və insan haqları fəalları da olmaqla təxminən 50.000 fərdə qarşı bir casusluq skandalının ifşası dünya səviyyəsində öz əksini taparaq dünya rəhbərlərinin qəzəbi ilə yanaşı beynəlxalq tənqidlərə səbəb olmuş və bu sionist şirkətin fəaliyyəti və ümumilikdə kiber nəzarət sənayesi və texnologiyası ilə bağlı narahatlıqları artırmışdır.

18 İyul bazar günü, 17 KİV-in apardığı araşdırma nəticəsində İsrailin NSO Group şirkətinin Pegasus casus proqramının jurnalistlərə, dövlət məmurlarına və insan haqları fəallarına məxsus 37 smart telefonun hack edilməsi üçün istifadə edildiyi ortaya çıxmışdır.

İPhone və Android telefonlarını gizli şəkildə sındırmaq və idarə etmək qabiliyyətinə sahib olan bu casusluq proqramı, smart telefonlara sirayət edərək mesajlar, şəkillər və e-poçtlar çıxara bilər və cihazların mikrofonlarını və kameralarını gizli şəkildə aktivləşdirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 2 =