SOCAR: “Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir”

SOCAR: “Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir”

Azərbaycanda hava şəraitinin dəyişməsi ilə əlaqədar Dövlət Neft Şirkətinin (SOCAR) dənizdə fəaliyyət göstərən neft və qazçıxarma idarələrinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Bunu açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, artıq səthlərdə aparılan işlər dayandırılır, növbətçilik təşkil olunur.

SOCAR rəsmisi onu da bildirib ki, işçilərin sahilə çıxarılmasına zərurət yaranmasa da, riskləri minimuma endirmək üçün 17 işçinin yeri özüllər arasında müvəqqəti dəyişdiriliv və onlar ən təhlükəsiz məkanlarda yerləşdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, iyulun 27-si axşamdan 29-na kimi isə Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0, sonrakı inkişafda 5.0-7.0 metrə çatacağı proqnozlaşdırılır.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 7 =