İsrailin müdafiə naziri Pegasus cəsus proqramının ifşa olması fonunda Parisə gedir

İsrailin müdafiə naziri Pegasus cəsus proqramının ifşa olması fonunda Parisə gedir

İsrailin müdafiə naziri Beni Qants Fransaya gedir. Məlumata görə Parisdə tərəflər arasında baş tutacaq müzakirələrin əsas müzakirə obyekti İsrailin “Pegasus” cəsus proqramıdır.

İsrail mətbuatı müdafiə naziri Beni Qantsın Fransaya səfər edəcəyini yazıblar.

Məlumata görə səfər bu gün baş tutacaq və Beni Qants Parisdə fransalı həmkarı ilə görüşərək, “Pegasus” cəsus proqramı məsələsi və sair mövzuları müzakirə edəcək.

Qeyd edək ki, son ayda İsrailin bu cəsus proqramının Təl-Əviv tərəfindən müxtəlif ölkələrə satıldığı və bu ölkələrdə müxalifətin simalarına qarşı istifadə edildiyi xəbərləri yayılıb. Son günlərdə yayılan məlumatlardan biri də şəxsən Emanuel Makronun telefonunun bu cəsus proqramı ilə izlənilməsi xəbəri olub.

Pegasus, İsrailin NSO Group proqram şirkəti tərəfindən hazırlanmış bir casusluq proqramıdır. Proqram, “Trojan horse” adlı bir hak üsulundan istifadə edərək quraşdırılmış mobil telefonların mesaj, yer və ya mikrofon (ətraf dinləmə) kimi xüsusiyyətlərini ələ keçirməyi və izlənilməsi nəzərdə tutulan şəxsin şəxsi həyatına girərək proqram sahibi üçün məlumat toplamağı hədəfləyir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 15 =