Oktay Şirəliyev vəzifəyə təyin olundu
Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyev yeni vəzifəyə təyin olunub.
Sabiq nazir hazırda Respublika Diaqnostika Mərkəzində professor, tibb elmləri doktoru kimi öz fəaliyyətini davam etdirir.
O, Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Direktor vəzifəsini isə Rəşid Vəzirov icra edir.
Xatırladaq ki, Oqtay Kazım oğlu Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2021-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
(Qaynarinfo)