Bakıda ağır qəzaların ən çox olduğu yolda yenilik
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti- Əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib.
Bu barədə BNA-dan Faktxəbər-ə məlumat verilib. Bildirilir ki, ayırıcı bordürün inşasında məqsəd prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsidir.
Qeyd edək ki, 2019-2021-ci illər ərzində Heydər Əliyev prospektində “Bağırov” körpüsü adlanan hissədə ciddi fəsadlara yol açan 11 nəqliyyat hadisəsi baş verib.
Apa