Tərtərdə karantin qaydalarının pozulduğu toylar aşkarlanıb

Tərtərdə karantin qaydalarının pozulduğu toylar aşkarlanıb

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayonun Qaradağlı, Sarıcalı və Qazyan kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Din.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 10 =