General düşmənlə mübarizənin sonlarına yaxınlaşılması barəsində danışdı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı, general-mayor Hüseyin Salami Kermanşah vilayətinə səfərinin davamında, Kermanşah müqavimət bazalarının komandirləri və bəsiciləri ilə səmimi bir görüşdə bəsicilərə müraciətində bəsicin qüdrətli və tükənməz olduğunu ifadə edərək deyib: “Əgər siz olsaydınız, Məsum İmamlara (ə) fərqli dövrlərdə edilən zülmlər və haqsızlıqlar heç vaxt baş verməzdi və tarixə nəzər salsaq görərik ki, düşmənlər tərəfindən heç vaxt məğlub olmamışıq, əgər zəiflik olubsa bu imanımızın zəifliyindən qaynaqlanıb düşmənin güclü olmasından deyil.”
O, belə qeyd edib: “Düşmənlərin qüdrəti zahiridir. Quran maarifinə görə, bütün kafirlər və düşmənlər bir yerə toplansalar, ağcaqanad yaratmağa belə qadir olmazlar. Onların Allah yanında ən kiçik dəyəri belə yoxdur. Ancaq bəsicilər və İslam dünyasının xalis qüvvələri Allah üçün əziz və uca dəyərlərə sahibdirlər.”
General-mayor Salami belə əlavə edib: “Düşmənlərin üzündə və danışıqlarında depressiya və üzgünlük görürük. Biz onları daima izləyirik. Bu mübarizənin sonlarını yaşamaqdayıq. Biz onların xeymələrinin bir çox ipini kəsmişik və yalnız sütunları yatırmaq qalıb. Buna da çox yaxınlaşmışıq.”