Daha bir idmançı İsrail rejimindən olan rəqibi ilə yarışmaqdan imtina etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Muhəmməd Abdur-Rəsul Sudani, Olimpiya cüdo yarışında 73 kq çəki dərəcəsində İsrail təmsilçisi ilə yarışmalı idi, lakin o, Tokio Olimpiadasında əlcəzairli cüdoçudan sonra İsrail nümayəndəsi ilə yarışmaqdan imtina edən ikinci idmançı oldu.
Bu addımına görə Dünya Cüdo Federasiyasının bu sudanlı idmançı ilə bağlı hansı qərarı verəcəyi məlum deyildir.