Ayətullah Xamenei hazırkı Prezident və hökumət üzvləri ilə sonuncu görüşü reallaşdırdı

Ayətullah Xamenei hazırkı Prezident və hökumət üzvləri ilə  sonuncu görüşü reallaşdırdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei çərşənbə günü bu ölkənin prezidenti və on ikinci hökumətin heyəti ilə son görüşündə, Qurban və Qədir Xum bayramları münasibəti ilə bütün müsəlmanları təbrik etmiş və xalqa xidmət etməyi ilahi bir nemət adlandıraraq demişdir: “Bu nemətin şükrünü yerinə yetirmək üçün inqilabın hədəflərinə çatmaq yolunda bütün səylərdən istifadə etmək lazımdır.”

İslam İnqilabının Ali Rəhbəri Qədir hadisəsini mübahisəsiz bir hadisə hesab edərək deyib: “Şiə alimlərindən, xüsusən də Qədir rəvayətini 110 səhabədən və səhih sənədlərlə nəql edən Əllamə Əminidən başqa, bəzi böyük sünni alimləri və ziyalıları da bu hadisənin şək şübhəyə malik olmadığını vurğulamışlar.”

Ayətullah Xamenei daha sonra on ikinci hökumət üzvlərinə xitab edərək deyib: “İlahi niyyət və ixlasla xalqa edilən hər bir xidmət, əlbəttə ki, ilahi məhkəmədə unudulmayacaqdır və məsuliyyət dövrünün əsl sərmayəsi məhz bu cür işlər və səylərdir.”

O, hökumətin fəaliyyətinə qiymət verərkən deyib: “Cənab Ruhani hökumətinin performansı fərqli sektorlarda eyni olmayıb, bəzi hallarda gözlənildiyi kimi olmuş, amma bəzi hallarda belə olmamışdır.”

Ayətullah Xamenei həmçinin prezidentə və hökumət üzvlərinə xitabən belə əlavə edib: “Hər yerdə ki, işləri Qərbdən, onlarla və ABŞ -la danışıqlardan asılı etdiniz uğursuz oldunuz və Qərbə etimad etmədiyiniz və ümidinizi onlardan kəsdiyiniz hər yerdə müvəffəq oldunuz və irəli getdiniz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 13 =