Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı artıb

Türkiyənin cənubunda meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Anadolu-nun məlumatına görə, bu barədə kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli bildirib.
Nazir bildirib: “Təəssüf ki, yanğınlar nəticəsində daha bir nəfər öldü. Hadisə Marmaris vilayəti yaxınlığında baş verib”.
Qeyd edək ki, daha əvvəl 3 nəfərin ölməsi barədə məlumat verilmişdi.
Report