Zərif BMT-nin baş katibinə məktub ünvanlayıb
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə məktub yazıb.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, məktubda ABŞ və Qərbin destruktiv hərəkətləri barədə yazan nazir, İranın nüvə anlaşması ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) prinsipləriniməhz onların tərəfindən pozduğunu vurğulayıb.
Qeyd edək ki, szügedən məktub və İran İslam Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müxtəlif vaxtlarda JCPOA ilə bağlı təqdim eidlmiş sənədlər ingilis və fars dillərində nəşr olunacaq.
Faktxeber