Fransa Yəmənə qarşı Səudiyyə Ərəbistanına dəstək verir

Fransa Yəmənə qarşı Səudiyyə Ərəbistanına dəstək verir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Xarici İşlər Naziri Jan-İv Le Drianın çərşənbə axşamı Səudiyyə Ərəbistanlı həmkarı Feysəl bin Fərhan ilə görüşündən sonra Fransa Xarici İşlər Nazirliyi bir bəyanatda belə iddia edib: “Fransa regional təhlükəsizlik və sabitliyə sadiq olduğunu bir daha elan edir.”

Nazirlik əlavə edib: “Biz Səudiyyə Ərəbistanının Yəmən planını dəstəkləyirik və krallığın ərazisinə hücumları qınayırıq”.

Fransa Xarici İşlər Nazirliyi, Le Drian ilə Feysəl bin Fərhan arasındakı danışıqların əsas mövzusuna gəldikdə, bunları söyləyib: “Nazir Jan-İv Le Drian dünən Parisdə səudiyyəli həmkarı Şahzadə Feysal bin Fərhan ilə görüşmüş, regional problemlər və ortaq maraqlar barədə müzakirə etmişdir.”

Səudiyyə Ərəbistanının xarici işlər naziri fransalı həmkarı Jan-İv Le Drianla görüşdə tərəflər, koronavirus epidemiyasına və onun yeni ölçülərinə qarşı mübarizə aparmaq, inkişaf və iqtisadi əlaqələri dəstəkləmək üçün birgə səyləri davam etdirməyin vacibliyini vurğulamışlar.

Feysəl bin Fərhan həmçinin Fransa prezidentinin müşaviri Emmanuel Benlə görüşmək üçün dünən günortadan sonra Yelisey Sarayına yola düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =