Rəisinin andiçmə mərasimində 73 ölkənin 115 nümayəndəsi iştirak edəcək
İranın 13 prezident seçkilərinin qalibiseyyid İbrahim Rəisinin andiçmə mərasimi 73 ölkənin 115 nümayəndəsinin iştirakı ilə keçiriləcək.
İRNA agentliyi xəbər verir ki, bu barədə İran Parlementinin Prezidiumun nümayəndəsi seyyid Nizamuddin Musəvi mətbuat konfransında mərasimin təfərrüatlarını izah edərkən bildirib.
Onun sözlərinə görə, indiyə qədər müxtəlif ölkələrin 10 prezident və lideri mərasimə qatılmağa hazır olduqlarını bildiriblər.
Həmçinin Müsəvi onu da vurğulayıb ki, cümə axşamı keçiriləcək andiçmə mərasiminə 20 parlament spikeri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir, 11 beynəlxalq və regional təşkilatın rəsmiləri və nümayəndələri Tehrana gəlməyə hazır olduqlarını bildirdilər.
Qeyd edək ki, seyyid İbrahim Rəisinin andiçmə mərasimi avqustun 5-i keçiriləcək.
Faktxeber