Əlcəzairli idmançı sionistlərə meydan oxudu

Əlcəzairli idmançı sionistlərə meydan oxudu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist rəqibi ilə döyüşməkdən imtina edən Əlcəzairli cüdoçu Fəthi Nurin vətənə dönüb.

Nurin Əlcəzair hava limanında jurnalistlərə verdiyi müsahibəsində deyib: “Bu qərarı məşqçimlə verdim və bununla fəxr edirəm. Bu qərar ilk olaraq mənim, sonra isə Əl-Cəzayir millətinin və hökumətinin qürurudur.”

Al-Quds Al-Arabi qəzeti bu idmançının sözlərinə istinadən yazıb ki, bu qərara səbəb Əl-Cəzayir prezidenti Əbdül Məcid Təbunun da bütün dünyanın qarşısında “normallaşmanı müsbət bir hadisə hesab etmirəm və Fələstin məsələsini dəstəkləyirəm” söyləməsi olub.

Nurin, “Sionist rejimi qəzəbləndirdiyimə və Ərəb və İslam dünyasından (dəstəkləyici) zənglər aldığım üçün xoşbəxtəm” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 5 =