Bankomatların sayı 8, ödəniş terminalları isə 17 faiz artırılıb
Cari ilin birinci yarımili üzrə kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilib.
01.07.2021-ci il tarixinə ölkədə 2867 bankomat, 60381 ədəd POS-terminal mövcud olub ki, qeyd olunan göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və 8.1% artım müşahidə olunub.
01.07.2020-ci il tarixinə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52.9%-ni təşkil etdiyi halda, cari ilin müvafiq dövrünə bu göstərici 64.9% olub.
Ödəniş terminalların, o cümlədən bankomatların sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarımilinin sonuna banklar tərəfindən quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 8% artaraq 2867, ödəniş terminallarının sayı isə 17% artaraq 1978 ədəd ədəd təşkil edib.