Azərbaycan Milli Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti İrana yola düşüb
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı etdiyi yüksək səviyyəli nümayəndə heyəti İranda yeni seçilmiş prezident Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yola düşüb.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı etdiyi nümayəndə heyəti bu gün İrana yola düşüb.
Azərbaycanın rəsmi nümayəndə heyəti İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə qatılacaq.
Eyni zamanda İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi də rəsmi tvitter səhifəsində bu barədə məlumat verib.
Qeyd edək ki, bu andiçmə mərasiminə 73 dövlətdən 120-dən çox rəsmi qatılacaq. Andiçmə mərasiminə görə Tehranın hava limanlarının fəaliyyəti dayandırılacaq.
Apa