Nazirlik: “Koronavirusdan ölüm faizində artım müşahidə edilmir”
“Azərbaycanda koronavirusa yoluxan ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir”.
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib.
Nazirlik rəsmisi bunu ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsi ilə əlaqələndirib: “Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır”.
Report