Ayətullah Rəisi Rusiya dövlət rəsmisi ilə görüşdü

Ayətullah Rəisi Rusiya dövlət rəsmisi ilə görüşdü

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ayətullah Seyid İbrahim Rəisi cümə axşamı günortadan sonra Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşündə İran-Rusiya qarşılıqlı əlaqələrinin həcmini yaxşı, lakin qeyri-kafi xarakterizə edərək deyib: “Tehran-Moskva əlaqələri yeni bir dövrə keçməli və hərtərəfli inkişafa sahib olmaq üçün əsaslı addımlar atılmalıdır.

İran və Rusiya arasındakı əməkdaşlığın birtərəfli olmağın əleyhinə təsirli və qabaqlayıcı ola biləcəyini ifadə edən İran prezident, əməkdaşlığı maksimum dərəcədə artırmaq üçün iki ölkə arasında hərtərəfli əməkdaşlıq sənədinin yekunlaşacağına ümid etdiyini bildirib.

İki ölkə arasındakı əlaqələrin hərtərəfli genişləndirilməsi üçün heç bir maneə olmadığını, deyən Rəisi belə qeyd edib: “Biz Rusiyanın iqtisadi tərəqqisindən və özünə güvənmə istiqamətində addımlarından məmnunuq və iqtisadi zərbələrə, xüsusən də ABŞ və Avropanın basqılı sanksiyalarına qarşı mübarizəni artırmaq məqsədi ilə müqavimət iqtisadiyyatı siyasətini həyata keçirmək əzmindəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 5 =