Livan İsrail rejimini BMT Təhlükəsizlik Şurasına şikayət edəcək

Livan İsrail rejimini BMT Təhlükəsizlik Şurasına şikayət edəcək

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionistlərin ötən cümə axşamı Livan ərazisinə hava hücumlarından sonra Livan Xarici İşlər Nazirliyi belə bir bəyanat yayıb: “Sionistlərin ərazimizə təcavüzünü şikayət etmək üçün Təhlükəsizlik Şurasına müraciət edəcəyik.”

Bu nazirliyin bəyanatında həmçinin qeyd olunub: “Bu hərəkətlər Livanın suverenliyinin, BMT Nizamnaməsinin və beynəlxalq qətnamələrin açıq şəkildə pozulmasıdır.”

Bu hücumlardan sonra İranın nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında sionist rejimin bu təcavüzünü kəskin şəkildə qınayaraq deyib: “Sionist rejim Livanın cənubunu bombalamaqla beynəlxalq hüquqların kobud şəkildə pozulmasına yol verdi. Bu işğalçı rejim öz ittihamlarını başqaları ilə bölüşməklə cinayətlərini silə bilməz.”

Sionist hərbiçiləri cümə axşamı gecəsi Livanın cənubundakı bölgələri hədəfə almışdır. Çərşənbə axşamı gecəsi isə Livanla sərhəd bölgələrinə 100-dən çox mərmi atmışdır. Bu təcavüzlərə cavab olaraq Livan Hizbullahı işğal olunmuş ərazilərdə sionistlərin mövqelərinə raket zərbələri endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 8 =