HƏMAS Hizbullahı təbrik etdi

HƏMAS Hizbullahı təbrik etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Həmas İslami Müqavimət Hərəkatı cümə günü verdiyi bir bəyanatda Livandan işğal olunmuş ərazilərə raket hücumunu müsbət qarşılayıb.

Əl-Əhd saytının xəbərinə görə, bu bəyanatda işğalçılara müqavimət göstərməyin və onların təcavüzünə cavab verməyin hüquqları pozulan hər bir işğal altında olan insanın haqqı olduğu bildirilib.

Bu bəyanatda belə qeyd olunub: “Müqavimət və Livan xalqına səmimi təbriklərimizi göndəririk. Müqavimət düşmənə cavab verməklə düşmənin qurduğu planları alt üst etdi və hücuma qarşı hücum məntiqini ortaya qoydu.”

Həmas hərəkatı həmçinin vurğulayıb ki, sionist rejimlə müharibə bu rejimin məhv edilməsi və müsəlmanların müqəddəs məkanları və torpağı qəsbkar işğalçılardan təmizlənənə qədər bütün cəbhələrdə davam etməlidir.

Livan Hizbullahı, İsrailin son hava hücumuna cavab olaraq işğal olunmuş ərazinin şimal bölgələrini 122 mm-lik mərmilərlərlə atəşə tutmuş və açıqlama verərək bu məsuliyyəti öz üzərinə götürmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eight =