3 ildə İran gəmilərinə azı 14 dəfə hücum edilib

Son üç il ərzində təkcə Aralıq və Qırmızı dənizlərində İranın neft, yük və ticarət gəmilərinə azı 14 dəfə hücum edilib.
Bu barədə NourNews agentliyi məlumat yayıb.
Bir neçə gün öncə Oman dənizində İsrail gəmisinə hücum iddiası ətrafında gərginliklərin fonunda agentlik İran gəmilərinə edilən hücumların bir qismini işıqlandırmaq qərarına gəlib.
Sözügedən hesabatda hücuma məruz qalan İran gəmilərinin adları, eləcə də hücumların zaman və məkanı barədə geniş məlumatlar yer alıb.
Öz nğvbəsində İsrail KİV etiraf edib ki, 3 il ərzində İsrailin İran gəmilərinə qarşı təxribatı fonunda 12 İran gəmisi müxtəlif ziyanlar görüb.
Faktxeber