General sionist rejimin dağılacağından danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə və Həmasın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniye İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general Hüseyn Salami ilə görüşüblər.
Ayrı ayrı keçirilən bu görüşlərdə General Salami, Quds Qılıncı əməliyyatındakı Fələstin İslami Müqavimətinin zəfərlərini və parlaq və strateji nailiyyətlərini təbrik edərkən deyib: “Allaha şükür edirik ki, bu gün böyük, müstəsna və heyrətamiz zəfərlə dolu bir əllə İranındasınız və biz danılmaz həqiqətlərə əsaslanaraq sionist rejimin süqutuna əminik. Bu bir arzudan çox, yaxın gələcəkdə baş verə biləcək reallıqdır.”
O, belə əlavə edib: “Qüds Qılıncı əməliyyatında sionist rejimi ilə Fələstin İslami Müqaviməti arasındakı nisbət əvvəlki müharibələrdən fərqli idi. Əslində, son döyüşdə yeni və güclü bir Fələstin meydana çıxdı və sizin bu qələbəniz bir hərbi qələbənin fövqündə idi.”
General Salami həmçinin qeyd edib: “Sionist rejim yenilməzdir və başqaları ona qarşı reaksiya verə bilməzlər və İslam və Ərəb ölkələri üçün Qüds işğalçıları ilə barışmaq və bir yerdə yaşamaqdan başqa bir yol yoxdur”-məntiqi Qüds Qılıncı döyüşü ilə bir dəfəlik olaraq məhv oldu və əksinə Fələstinin qüdrət sahibi olması və sionist rejimin süqutunun qəti olması bəlli oldu.”