Seyid Həsən Nəsrullah ilə beyət təzələndi

Seyid Həsən Nəsrullah ilə beyət təzələndi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan İslami Müqavimət döyüşçüləri, vətənin müdafiəsi və sionist düşmənə qarşı mübarizədə Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahla beyətlərini təzələyiblər.

Məktubun əvvəlində müqavimət döyüşçüləri Hizbullah baş katibinə müraciət edərək deyib: “Sən bizim ağamız, vətənimiz, evimiz, şərəfimiz, ləyaqətimiz və qürur duyduğumuz hər şeysən.”

Hizbullahın sionistlərin təcavüzünə son cavabı ilə əlaqədar, müqavimət döyüşçüləri belə deyib: “Siz əmr verdiniz, biz Ləbbeyk dedik və sizin təyin etdiyiniz vaxt İsrailə raket atdıq və sizin dualarınız sayəsində bu əməliyyat o qədər uğurlu oldu ​​ki, düşmən və Dəmir Qübbə çaşqınlıqda qaldı. Çünki hücum etmək üçün düşmənin düşünmədiyi bir ərazini seçmişdik.”

Məktubun davamında Livanın cənubunda yerləşən Şoya qəsəbəsindəki ünsürlərin müqavimət döyüşçüləri ilə toqquşması və xarici KİV-lərin bu məsələni qabartması və cənubluları Hizbullaha müxalif kimi göstərməsinə toxunmuş və buna görə böyük təəssüf hissi keçirmələrini qeyd etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =