Ayətullah Xamenei: `Koronavirusla mübarizə ilk və təxirəsalınmaz bir vəzifədir`

Ayətullah Xamenei: `Koronavirusla mübarizə ilk və təxirəsalınmaz bir vəzifədir`

İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei son günlərdə ölkədə koronavirusla bağlı vəziyyətin kəskin pisləşməsi ilə bağlı xalqa televiziya vasitəsilə müraciət edib. 

Bu barədə Mehr agentliyi məlumat yayıb. 

Ali Lider koronavirusla mübarizəni ölkənin ən vacib və ən təxirəsalınmaz vəzifə adlandırdı.

Ayətullah Xamenei yeni “Delta” ştamı ilə ən son texnologiyalardan istifadə ilə mübarizə aparmağın vacibliyini vurğulayaraq, əlavə edib: “Bir gündə 500-dən çox insanın ölümü, onların ailələrinin çəkdikləri əziyyətlər, həm də səhhətində ağır problemi olan on minlərlə insan üçün xəstəliyin nəticələri təsvir edilə bilməyəcək bir kədərə səbəb olur və hər müsəlmanın və bütün soydaşlarımızın qəlbi bu bəlaya görə yanır. Bu vəziyyəti mümkün qədər tez və operativ şəkildə həll etməliyik”.

O, yeni prezidentin bütün təşəbbüsləri toplayaraq qərar verməli olduğu həftəlik dövrünü “yaxşı başlanğıc” kimi dəyərləndirərək davam edib: “Təyin olunmuş vaxtda bütün müsbət və mənfi cəhətləri diqqətlə ölçülməli və qəti tədbirlər görülməlidir”.

İslam İnqilabının Ali lideri tibb işçilərinin yorğunluğunu, həm də onlara fiziki və zehni təzyiqləri “ciddi bir problem” adlandıraraq, onlarla həmdərd olduğunu və onların cihadçı səylərinin Uca Allah tərəfindən mükafatlandırılacağını xüsusi ilə vurğulayib. 

Ayətullah Xamenei, səlahiyyətlilərin və sığorta şirkətlərinin bütün vətəndaşlara pulsuz və geniş diaqnostika və testlərrin verilməsinin zəruriliyini də vurğuladı.

 “Xoşbəxtlikdən, yerli peyvəndin istehsalı ilə, peyvəndin idxal yolları da normallaşıb. Halbuki bundan əvvəl, tərəfimizdən ödəmələrə baxmayaraq xarici şirkətlər peyvəndləri verməyi ləngidirdi”.

Həmçinin Ali lider qeyd edib ki, ölkə daxilində idxal edilən və ya istehsal olunan peyvəndlər iki qat səylə təmin və bütün İran vətəndaşlarına təqdim edilməlidir.

İmam Hüseyn matəm mərasimlərinin keçirilməsinə toxunan Ayətullah Xamenei əlavə edib:

“İmam Hüseynə əzadarlıq ilahi rəhmət və bərəkətinin mənbəyidir. Millət və ölkə bu məclislərə ehtiyaclıdır. Lakin mərasimlərin təşkilində onun necə keçiriləcəyi ilə bağlı bütün göstərişlərə tam diqqətlə riayət dilməlidir. Məclislərin təşkilatçıları qaydalara və məsafələrə riayət etməyi çağırıram. İmkan verməyin ki, İmam Hüseyn məclisləri xəstəliyin yayılmasına səbəb olsun”.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + nineteen =