Hizbullah rəsmisi İsrail rejiminin hücumlarından danışdı

Hizbullah rəsmisi İsrail rejiminin hücumlarından danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah hərəkatının baş katibinin müavini Nəim Qasim çərşənbə axşamı Məhərrəm ayı ilə bağlı əza mərasimindəki çıxışında deyib: “Birləşmiş Ştatlar ədalət mənbəyi ola bilməz və İsrail rejiminə qarşı mübarizə müqavimətin həll yoludur.”

“Əl-Əhd”-ə görə, Qasim Hizbullahın müharibə istəmədiyini, ancaq İsrailin Livana təcavüz edəcəyi təqdirdə cavab veriləcəyini də əlavə edib.

O, həmçinin deyib: “İsrail rejiminə cavab verilməsəydi, bizə qarşı təcavüzünə davam edərdi.”

Şeyx Qasim əlavə edib ki, Livanın suverenliyini pozan Sionist rejimdir və Livan övladlarından başqa heç kim Livanı müdafiə etmir.

Qeyd rdək ki, 2006-cı ildə baş verən 33 günlük müharibədən sonra ilk dəfə ötən həftə İsrail qırıcıları Livanın cənubundakı bölgələrə avia zərbələr endirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + nineteen =