FHN-in Türkiyənin hansı bölgələrində yanğınların söndürülməsində iştirak etdiyi açıqlanıb

FHN-in Türkiyənin hansı bölgələrində yanğınların söndürülməsində iştirak etdiyi açıqlanıb

“Milas, Yeniköy istilik-elektrik stansiyası, Kəmərköy istilik-elektrik stansiyasında yanğınlar çox şiddətli olub. Bunların söndürməsi və mühafizəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları böyük fədakarlıq göstəriblər”.

Bunu yerli jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, iyulun 30-dan başlayaraq FHN-nin yanğın-xilasetmə qrupu 4 mərhələdən etibarən Türkiyənin Muğla vilayətinə gəlib:

“Buraya gəldiyimiz ilk günlərdə yanğınlara qarşı mübarizədə iştirak etmişik. Adıçəkilən bölgələrdə baş verən yanğınlar söndürülüb. Hazırda həmin bölgələrdə əməkdaşlarımız növbəli rejimlə mühafizə işləri aparırlar”.

Nazir müavini vurğulayıb ki, bundan əlavə olaraq qüvvələrimiz Köyceyiz rayonunun Pınar, Karayer, Kavakcık, Çayhisar, Zeytunalanı, Otmanlar, Çöğənli yaylağı istiqamətində yanğınlarla mübarizə aparıblar: “Yatağan bölgəsində, Hacıvelilər, Yumaklı, həmçinin Aydın vilayətinin Çinə, Akçaova, Kabaklıdərə bölgəsində Kabaklı-Hüseyn yaylasında, Seyidli-Kəmər bölgəsində, Menteşə mərkəzində, Muğlanın düzənlik sahəsi, Kozaağac və Yılanlı dağ silsiləsində yanğınların söndürülməsinə nail olmuşuq. Bundan Marmarisdə Orhaniyə, Hisarönü, Armudla, Dəyirmanyanı, Açparan, Turqut, Fətiyyə bölgəsi, Dalaman hava limanı ətrafı, Dənizli şəhərində Buldak, Tavas, Urduk-Bucak bölgəsində tapşırıqlar icra olunub”, – o, əlavə edib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 14 =