Bakıda bir il əvvəl aptekə hücum edən şəxs saxlanılıb

Bakıda bir il əvvəl aptekə hücum edən şəxs saxlanılıb

Nizami rayonunda yerləşən apteklərdən birinə 2020-ci ilin mart ayında basqın edərək əlindəki bıçaqla orada satıcı işləyən xanıma qarşı quldurluq edən şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Abbasov tutularaq istintaqa təqdim edilib.

Qeyd edək ki, hadisə zamanı Zöhrab Abbasov qadının həyatı üçün təhlükə yaradaraq hədə-qorxu yolu ilə aptekin kassasından 1000 manat pulu götürüb və oradan uzaqlaşıb. Z.Abbasovun qeyd edilən aptekə daxil olması və hadisəni törədərək oradan yayınması obyektin kameralar vasitəsi ilə də lentə alınıb.

Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Fakta bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Din.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 9 =